Azərbaycanla İran elektrik enerjisinin ixracı məsələsini müzakirə edib

Azərbaycanla İran elektrik enerjisinin ixracı məsələsini müzakirə edib
Yayınlanma tarixi: 2/24/2026 1:14:22 PM

Azərbaycan və İran arasında birgə layihələrin, o cümlədən "Xudafərin", "Qız Qalası" və "Ordubad" su elektrik stansiyalarının icrası və elektrik enerjisinin ixracı ilə bağlı müzakirələr aparılıb.

Azərbaycan və İran arasında birgə layihələrin, o cümlədən "Xudafərin", "Qız Qalası" və "Ordubad" su elektrik stansiyalarının icrası və elektrik enerjisinin ixracı ilə bağlı müzakirələr aparılıb.

"İslamazeri.com" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazovla İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə qeyd edilib.

Dövlət başçılarının dostluq və tərəfdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik Azərbaycan-İran əlaqələrinin bütün sahələrdə yeni mərhələdə inkişafına təkan verdiyi məmnunluqla qeyd olunub. İkitərəfli münasibətlərdə enerji sahəsinin mühüm rol oynadığı vurğulanıb. "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası"nın 17-ci iclasının Protokolunda enerji məsələlərinin də əks olunması bu istiqamətdə tərəfdaşlığa verilən önəmin göstəricisi kimi qiymətləndirilib.

Gündəlikdə olan layihələrin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə birgə fəaliyyətin gücləndirilməsi razılaşdırılıb.

GÜNÜN MANŞETLERİ

Azərbaycan XİN-nin iftar süfrəsində Qəzza mesajı - FOTO
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycan XİN-nin iftar süfrəsində Qəzza mesajı - FOTO

2/25/2026 12:20:01 AM
İordaniya kralından İran xəbərdarlığı
DÜNYA / İSLAM DÜNYASI

İordaniya kralından İran xəbərdarlığı

2/25/2026 12:09:25 AM
Orucun bədənə faydaları
DİN

Orucun bədənə faydaları

2/24/2026 5:39:09 PM