Azərbaycanın 26 vətəndaşı Sudandan təxliyə olunub

Azərbaycanın 26 vətəndaşı Sudandan təxliyə olunub
Yayınlanma tarixi: 4.05.2023 13:55:46

Azərbaycanın 26 vətəndaşı Sudandan təxliyə olunub.

Sudandakı 26 Azərbaycan vətəndaşı Türkiyənin dəstəyi ilə təxliyə olunub.

İslamazeri.com "Report"a istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, indiyə kimi Türkiyə Sudandan 2061 nəfəri təxliyə edib. Onlardan 1763-ü Türkiyə, 298-i 22 fərqli ölkənin vətəndaşıdırlar. Onlardan 26-sı isə Azərbaycan vətəndaşlarıdır.

Xatırladaq ki, aprelin 15-də Sudanda Çevik Cavab Qüvvələri (ÇCQ) ilə ordu arasında toqquşma başlayıb. Hadisə nəticəsində 500-ə yaxın adam ölüb.

GÜNÜN MANŞETLERİ