Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib.
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib.
İslamazeri.com xəbər verir ki, bu ölkəyə 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda tədarük olunacaq.
Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edib.