Azərbaycandan tranzit keçməklə Ermənistana alüminium və taxıl göndərilib

Azərbaycandan tranzit keçməklə Ermənistana alüminium və taxıl göndərilib
Yayınlanma tarixi: 5/7/2026 10:05:55 AM

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib.

Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

İslamazeri.com xəbər verir ki, söhbət 2 vaqon alüminium (ilk dəfə) və 9 vaqon taxıldan gedir.

Məhsullar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Xatırladaq ki, ötən gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 8 vaqondan ibarət, çəkisi 543 ton olan gübrə və 10 vaqondan ibarət, çəkisi 695 ton olan taxıl göndərilib.

GÜNÜN MANŞETLERİ