Azərbaycandan tranzit keçməklə Ermənistana 5 vaqon buğda göndəriləcək.
İslamazeri.com xəbər verir ki, bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ermənistan Respublikasına 5 vaqon buğda göndəriləcək.
Yerli mətbuatın məlumatına əsasən, yükün daşınması beynəlxalq tranzit qaydalarına uyğun şəkildə həyata keçiriləcək.
Göndərişin regionda ticarət-logistika əlaqələrinin davamlılığını təmin etməyə xidmət etdiyi bildirilir.