Azərbaycandan İrana göndərilən növbəti humanitar yardım yola salınıb

Azərbaycandan İrana göndərilən növbəti humanitar yardım yola salınıb
Yayınlanma tarixi: 3/18/2026 10:54:29 AM

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır.

Azərbaycandan İrana göndərilən növbəti humanitar yardım yola salınıb.

İslamazeri.com xəbər verir ki, yolasalmada iştirak edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu göndərilən humanitar yardım üçün Azərbaycana təşəkkür edib.

"Prezident İlham Əliyevə təşəkkür edirəm ki, İrana bu cür vəziyyətdə humanitar yardım göstərib. Bu da bizim müştərək mədəniyyətimizdən xəbər verir. Novruz bayramı ərəfəsində bu xoş niyyət olduqca təqdirəlayiqdir. Çox xoş və sevindirici haldır ki, yardıma ilk olaraq Azərbaycan qoşuldu. Bu da bizim üçün olduqca əhəmiyyətlidir", - səfir bildirib.

Qeyd edək ki, bundan əvvəlki Azərbaycandan İrana ilk humanitar yardım martın 10-da yola salınıb. Humanitar yardımın tərkibində 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar olub.

GÜNÜN MANŞETLERİ

Sabah 20 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah 20 dərəcə isti olacaq

3/18/2026 1:02:04 PM
İran çoxbaşlı raketlərlə İsraildə 100-dən çox hədəfi vurub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran çoxbaşlı raketlərlə İsraildə 100-dən çox hədəfi vurub

3/18/2026 12:04:21 PM