Azərbaycandan Həccə gedənlərin NƏZƏRİNƏ!

Azərbaycandan Həccə gedənlərin NƏZƏRİNƏ!
Yayınlanma tarixi: 12/30/2025 12:18:34 PM

Azərbaycandan Həcc ziyarətinə gedənlər üçün sənəd qəbulu 2026-cı il fevralın 15-də başa çatacaq.

İslamazeri.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

QMİ rəsmisi bildirib ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin tələbinə əsasən, Həcc ziyarəti ilə bağlı bütün prosedurlar tez başa çatmalıdır:

"Bu səbəbdən kvota dolsa da, dolmasa da sənəd qəbuluna 2026-cı il fevralın 15-də yekun vuracağıq".

Xatırladaq ki, QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

GÜNÜN MANŞETLERİ

Oman sultanı Müctəba Xameneini təbrik edib
DÜNYA / İSLAM DÜNYASI

Oman sultanı Müctəba Xameneini təbrik edib

3/9/2026 11:00:01 PM
Ayətullah Müctəba Xamenei kimdir?
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei kimdir?

3/9/2026 11:00:01 PM
Netanyahudan 3-4 gündür xəbər yoxdur
DÜNYA / MARAQLI

Netanyahudan 3-4 gündür xəbər yoxdur

3/9/2026 10:58:01 PM