Azərbaycanda pensiya alanların sayı açıqlanıb

Azərbaycanda pensiya alanların sayı açıqlanıb
Yayınlanma tarixi: 3/16/2026 3:12:05 PM

2026-cı il yanvarın 1-i vəziyyətinə 1098,9 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1098,3 min) pensiyaçı qeydiyyatda olub.

"İslamazeri.com" xəbər verir ki, bu barədə Dövlət Statisika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu da ölkə əhalisinin 10,7 faizini təşkil edir.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artaraq 541,6 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 49,1 faizinə bərabər olub.

2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 38,8 min ailəyə 40,3 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,7 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,1 min nəfərə birdəfəlik müavinətlər verilib.

2026-cı il yanvarın 1-i vəziyyətinə 76,1 min aztəminatlı ailənin 336 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 95,7 manat təşkil edib.

Müxtəlif kateqoriyadan olan 406,9 min şəxsə Azərbaycan Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.

GÜNÜN MANŞETLERİ

Hindistan ABŞ-a ETİRAZ NOTASI verib
DÜNYA / SİYASƏT

Hindistan ABŞ-a ETİRAZ NOTASI verib

6/12/2026 5:34:01 PM
Azərbaycanda zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Azərbaycanda zəlzələ olub

6/12/2026 3:28:35 PM
Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib

6/12/2026 2:11:24 PM
Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı

6/12/2026 1:31:46 PM