Azərbaycanda orta aylıq əmək haqqı artıb

Azərbaycanda orta aylıq əmək haqqı artıb
Yayınlanma tarixi: 2/11/2026 12:20:08 PM

2025-ci ildə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilə nisbətən 9,3 % artaraq 1 103 manat təşkil edib.

İslamazeri.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1 milyon 808 min nəfər olub, onlardan 865,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 942,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 %-i təhsil, 13,8 %-i sənaye, 8,5 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 %-i tikinti, 6,2 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 %-i maliyyə və sığorta fəaliyyəti, 15,1 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

GÜNÜN MANŞETLERİ

Kolumbiya prezidenti Petroya sui-qəsd cəhdi edilib
DÜNYA / MARAQLI

Kolumbiya prezidenti Petroya sui-qəsd cəhdi edilib

2/11/2026 1:38:29 PM
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib
ÖLKƏ / SİYASƏT

İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib

2/11/2026 1:19:41 PM
BMT sülhməramlı qüvvələri Livandan geri çəkilir
DÜNYA / SİYASƏT

BMT sülhməramlı qüvvələri Livandan geri çəkilir

2/11/2026 10:46:49 AM
Laricani: İran raketləri İsrailə həddini bildirdi
REGİON / İRAN

Laricani: İran raketləri İsrailə həddini bildirdi

2/11/2026 10:22:27 AM