Azərbaycanda məhkumlar videogörüş keçirə biləcək

Azərbaycanda məhkumlar videogörüş keçirə biləcək
Yayınlanma tarixi: 11/18/2022 5:41:26 PM

Prezident İlham Əliyev Cəzaların İcrası Məcəlləsinə edilən dəyişiklikləri təsdiq edib.

İslamazeri.com xəbər verir ki, qanuna əsasən, Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilib.

Qanun epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlərin telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur.

Bu Məcəllə ilə müəyyən edilmiş qaydada telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçiriləcək. Videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunacaq.

GÜNÜN MANŞETLERİ

İranın Azərbaycandakı səfirliyindən AÇIQLAMA
ÖLKƏ / SİYASƏT

İranın Azərbaycandakı səfirliyindən AÇIQLAMA

1/20/2026 12:34:30 PM
Qanlı 20 Yanvar faciəsi - İNFOVİDEO
ÖLKƏ

Qanlı 20 Yanvar faciəsi - İNFOVİDEO

1/20/2026 12:00:01 PM
İspaniyada üç günlük matəm elan olundu - SƏBƏB
DÜNYA / MARAQLI

İspaniyada üç günlük matəm elan olundu - SƏBƏB

1/20/2026 11:35:17 AM