Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər

Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Yayınlanma tarixi: 2/25/2026 11:37:42 AM

Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi internetin sürətinə minimum hədd qoyulması ilə bağlı təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim edib.

İslamazeri.com xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Nail Mərdanov bildirib.

"Bu gün biz sərt tənzimləmə üsuluna keçmək istəyirik. Təkliflərimiz normativ sənəd olaraq təsdiqləndikdən sonra bütün provayderlər məcbur olacaqlar ki, minimum həddən aşağı sürət təmin etməsinlər. Eyni zamanda xidmətin keyfiyyəti ilə bağlı tələblərin sərtləşdirilməsi haqqında düşünürük", - deyə o qeyd edib.

GÜNÜN MANŞETLERİ