Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İslamazeri.com"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 824 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 524 nəfər müalicə olunaraq sağalıb, 9987 nəfər vəfat edib, aktiv xəstə sayı 368 nəfərdir.
Ölkədə son sutka ərzində 682, hazırkı dövrədək isə 7 395 267 test aparılıb.