Azərbaycanda daha 81 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 81 nəfər COVID-19-a yoluxub
Yayınlanma tarixi: 22.12.2022 17:18:43

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 81 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İslamazeri.com"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 825 737 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 141 nəfər müalicə olunaraq sağalıb, 10 002 nəfər vəfat edib, aktiv xəstə sayı 594 nəfərdir.

Ölkədə son sutka ərzində 2 100, hazırkı dövrədək isə 7 415 031 test aparılıb.

GÜNÜN MANŞETLERİ