Azərbaycanda daha 71 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 71 nəfər COVID-19-a yoluxub
Yayınlanma tarixi: 17.01.2023 17:20:33

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 71 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İslamazeri.com"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 450 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 942 nəfər müalicə olunaraq sağalıb, 10 054 nəfər vəfat edib, aktiv xəstə sayı 454 nəfərdir.

Ölkədə son sutka ərzində 2 863, hazırkı dövrədək isə 7 461 419 test aparılıb.

GÜNÜN MANŞETLERİ