Azərbaycanda daha 54 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 54 nəfər COVID-19-a yoluxub
Yayınlanma tarixi: 20.10.2022 17:03:16

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 54 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İslamazeri.com"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 822 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 486 nəfər müalicə olunaraq sağalıb, 9 935 nəfər vəfat edib, aktiv xəstə sayı 384 nəfərdir.

Ölkədə son sutka ərzində 2 984, hazırkı dövrədək isə 7 299 324 test aparılıb.

GÜNÜN MANŞETLERİ