Azərbaycanda daha 44 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 44 nəfər COVID-19-a yoluxub
Yayınlanma tarixi: 16.11.2022 17:06:50

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İslamazeri.com"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 618 nəfər müalicə olunaraq sağalıb, 9 967 nəfər vəfat edib, aktiv xəstə sayı 220 nəfərdir.

Ölkədə son sutka ərzində 2 101, hazırkı dövrədək isə 7 349 698 test aparılıb.

GÜNÜN MANŞETLERİ