Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər sağalıb.
Bu barədə "İslamazeri.com"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutka ərzində koronavirusdan 5 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 829 420 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 109 nəfər müalicə olunaraq sağalıb, hazırda 140 aktiv xəstə var. Bu günə qədər 10 171 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 682, bu günə qədər isə ümumilikdə 7 553 691 test icra olunub.