Azərbaycanda bir gündə 3 nəfər koronavirusdan ölüb

Azərbaycanda bir gündə 3 nəfər koronavirusdan ölüb
Yayınlanma tarixi: 18.10.2022 18:17:46

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İslamazeri.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 822 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 339 nəfər müalicə olunaraq sağalıb, 9 935 nəfər vəfat edib, aktiv xəstə sayı 412 nəfərdir.

Ölkədə son sutka ərzində 2 780, hazırkı dövrədək isə 7 293 381 test aparılıb.

GÜNÜN MANŞETLERİ