Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Yayınlanma tarixi: 5/10/2026 10:50:01 AM

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında paylaşım edilib.

"İslamazeri.com" xəbər verir ki, paylaşımda deyilir:

"10 may müasir Azərbaycanın qurucusu, müstəqil Azərbaycanın inkişaf yolunun müəyyənləşdirilməsində müstəsna xidmətlər göstərmiş dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Azərbaycanın suverenliyinə, müstəqilliyinin dönməzliyinə və dövlətçilik ənənələrinin davamlı inkişafına sarsılmaz inam bəsləyən Ulu Öndərin müəyyən etdiyi strateji kurs, o cümlədən müstəqil və praqmatik xarici siyasət xətti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Xalqımızın tərəqqisi, dövlətimizin güclənməsi və Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutması naminə əvəzsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik".

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM