"Azərbaycan Ukraynaya humanitar yardım göstərməkdə davam edir"

Yayınlanma tarixi: 17.05.2023 16:21:00

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Reykyavikdə keçirilən Avropa Şurasının sammitində bildirib.

Azərbaycan Ukrayna xalqına humanitar yardım göstərməkdə davam edir.

İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Reykyavikdə keçirilən Avropa Şurasının sammitində bildirib.

“Azərbaycan Ukraynadakı hazırkı böhranın Avropada sülh və təhlükəsizliyə xələl gətirməkdə davam etdiyinə görə dərin təəssüf hissi keçirir. Azərbaycan münaqişənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü əsasında tezliklə nizamlanmasının tərəfdarıdır. Ağır humanitar nəticələr insanların əzablarını yüngülləşdirmək üçün təcili tədbirlərin görülməsini tələb edir. Bu səbəbdən Azərbaycan Ukrayna xalqına humanitar yardım göstərməkdə davam edir”, - XİN rəhbəri deyib.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55