Azərbaycan karateçisi Avropa çempionu olub

Azərbaycan karateçisi Avropa çempionu olub
Yayınlanma tarixi: 5/1/2023 10:06:15 AM

Azərbaycan karateçisi Avropa çempionu olub.

Azərbaycan karateçisi Ülvi Məmmədov Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə keçirilən 13-cü Avropa çempionatının qalibi olub.

İslamazeri.com xəbər verir ki, Azərbaycan komandasının kapitanı, ikinci dan qara kəmər sahibi, dünya çempionu tituluna sahib olan idmançımız, +84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi dörd döyüşün hamısını qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ü.Məmmədov finala gedən yolda Rumıniya, Gürcüstan və Çex təmsilçisindən üstün olub. Finalda yerli idmançı ilə qarşılaşan Azərbaycan təmsilçisi görüşdən qalib ayrılaraq Avropa çempionu titulunu qazanıb.

GÜNÜN MANŞETLERİ

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?
DÜNYA / TEXNOLOGİYA

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?

3/14/2026 12:58:35 AM
ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub

3/14/2026 12:40:01 AM