Azərbaycan Həndbol Federasiyasının saxtakarlıq etdiyi aşkarlanıb

Azərbaycan Həndbol Federasiyasının saxtakarlıq etdiyi aşkarlanıb
Yayınlanma tarixi: 11/15/2021 5:26:48 PM

Azərbaycan Həndbol Federasiyasının özbaşınalıq faktı üzə çıxıb.

İslamazeri.com-un xəbərinə görə, bu, ötən ay Avropa Həndbol Federasiyasının (EHF) qadın klubları arasında keçirdiyi Avropa Kuboku matçında olub.

Belə ki, Yunanıstanın Saloniki şəhərində 23-24 oktyabr tarixlərində keçirilən “Panorama” – “Azəryol” görüşünə komandamız 14 həndbolçu ilə getməli olsa da, AHF turnirin iştirak ərizəsinə qeyri-idmançı əlavə edib.

 

Bu, federasiyanın əməkdaşı – ölkə çempionatı və kuboku yarışları üzrə katib, Respublika dərəcəli hakim və İdman ustası Fəridə Əliyevadır. O, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı Gənclər və İdman Nazirliyi tərəfindən 2018-ci ildə Bədən Tərbiyəsi və idman işçisi adına layiq görülüb, bir il sonra Əməkdar məşqçi adı alıb.

EHF-nin oyunla bağlı saytına yerləşdirilən şəkildən də 43 yaşlı Fəridə Əliyevanın həndbolçu olmadığını bilmək olur. O, 18 nömrəli mərkəz müdafiəçisi kimi sifariş edilib.

Qeyd edək ki, Azərbaycan Həndbol Federasiyasının prezidenti 2016-cı ilin dekabrın 1-dən Azərbaycan Avtomobil Yolları Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovdur.

GÜNÜN MANŞETLERİ

Nəcəfdə mövlud- FOTO
DİN / MÖVLUDLAR

Nəcəfdə mövlud- FOTO

1/25/2026 1:00:01 PM
Maddi problemlərin həlli
DİN

Maddi problemlərin həlli

1/25/2026 11:22:10 AM
Qəzzada 10 uşaq soyuqdan can verdi
DÜNYA / İSLAM DÜNYASI

Qəzzada 10 uşaq soyuqdan can verdi

1/25/2026 10:37:50 AM
İmam Səccadın (ə) mövlud günüdür
DİN / MÖVLUDLAR

İmam Səccadın (ə) mövlud günüdür

1/25/2026 9:00:01 AM