Azərbaycan axtarışda olan Tacikistan vətəndaşını təhvil verib

Azərbaycan axtarışda olan Tacikistan vətəndaşını təhvil verib
Yayınlanma tarixi: 1/9/2026 12:43:01 PM

Azərbaycan axtarışda olan Tacikistan vətəndaşını təhvil verib.

Tacikistan Respublikasının hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Dələduzluqda təqsirli bilinərək dövlətlərarası axtarışa verilmiş 13.01.1992-ci il təvəllüdlü, Tacikistan vətəndaşı Mukhammadnido Nazarmukhammadzodanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

İslamazeri.com xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Mukhammadnido Nazarmukhammadzoda 2025-ci ildə Azərbaycanda müəyyən edilərək həbs edilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.

GÜNÜN MANŞETLERİ

Bu gün TASUA GÜNÜDÜR
DİN

Bu gün TASUA GÜNÜDÜR

6/24/2026 10:03:14 AM
Məhəmməd Baqir Qalibaf Azərbaycana işgüzar səfərə gəlib
ÖLKƏ / MÜNASİBƏT

Məhəmməd Baqir Qalibaf Azərbaycana işgüzar səfərə gəlib

6/24/2026 10:00:01 AM
İsrailin Livana hücumları davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Livana hücumları davam edir

6/23/2026 4:45:30 PM