Ayətullah Xamenei: İğtişaşlar ABŞ və İsrail tərəfindən əvvəlcədən planlaşdırılmışdı

Ayətullah Xamenei: İğtişaşlar ABŞ və İsrail tərəfindən əvvəlcədən planlaşdırılmışdı
Yayınlanma tarixi: 10/3/2022 4:18:49 PM

İmam Həsən Müctəba (ə) Hərbi Universitetində keçirilən buraxılış mərasimində iştirak edən İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ölkədə baş verən son hadisələrlə bağlı açıqlama verib.

İslamazeri.com xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün Tehranda İmam Həsən Müctəba (ə) Hərbi Universitetində keçirilən buraxılış mərasimində iştirak edib.

Mərasimdə çıxış edən Ayətullah Seyid Əli Xamenei ölkədə baş verən son hadisələri dəyərləndirib.

Ayətullah Xamenei son hadisələrdə daha çox ölkənin polis qüvvələrinə və İran xalqına qarşı haqsızlıq edildiyini bildirərək, İran xalqının bu hadisələr qarşısında əvvəlkindən daha güclü olduğunu bildirib.

Ayətullah Xamenei Məhsa Əminin ölümü ilə bağlı deyib:

"Bu hadisədə gənc qız dünyasını dəyişib. Bu faciəli hadisə bizi çox kədərləndirdi. Ancaq bəzilərinin küçələrə çıxması, Quranla məscidləri yandırması, hicablı qadınlara araşdırma aparmadan hücum etməsi normal reaksiya deyil.

Əgər bu gənc qız (Məhsa Əmini) olmasaydı, sentyabr ayının ilk günündə ölkədə xaos yaratmaq üçün daha bir bəhanə yaradardılar.

Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".

GÜNÜN MANŞETLERİ

Azərbaycana yay fəsli daxil olub
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycana yay fəsli daxil olub

6/21/2026 1:21:06 PM
Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib
REGİON / İRAN

Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib

6/21/2026 11:00:06 AM
İran nümayəndə heyəti İsveçrədədir
REGİON / İRAN

İran nümayəndə heyəti İsveçrədədir

6/21/2026 10:21:43 AM
İsrailin dinc əhaliyə qarşı qırğını davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin dinc əhaliyə qarşı qırğını davam edir

6/20/2026 12:30:11 PM