Ayətullah Xamenei: Heç kəsin özbaşına və öz düşüncəsi ilə cəza verməyə haqqı yoxdur

Ayətullah Xamenei: Heç kəsin özbaşına və öz düşüncəsi ilə cəza verməyə haqqı yoxdur
Yayınlanma tarixi: 11/20/2022 1:02:06 PM

"Düşmənin əsl istəyini anlamadan onunla eyni cəbhədə yer almış, aldanmış amma cinayət törətməmiş tələbə və qeyri-tələbə, kim varsa, tənbeh edilsin, nəsihət verilsin, doğru yol göstərilsin və ayıldılsın..."

İslamazeri.com xəbər verir ki, bunu İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei deyib.

O iğtişaşlarla əlaqəsi olan insanlarla hansı şəkildə davranılmasına aydınlıq gətirərkən, ssenaristlərin, aldanmışların, cinayət törədənlərin və pul almış adamların bir-birlərindən fərqləndirilməsinin zəruri olduğunu vurğulayıb: “Bu adamlar eyni deyil. Düşmənin əsl istəyini anlamadan onunla eyni cəbhədə yer almış, aldanmış amma cinayət törətməmiş tələbə və qeyri-tələbə, kim varsa, tənbeh edilsin, nəsihət verilsin, doğru yol göstərilsin və ayıldılsın. Ondan: “Bu hərəkət ölkənin inkişafına, yoxsa əksinə səbəb olur?” - deyə soruşulsun. Bununla o, düşünməyə vadar edilsin, düşmənlə səs-səsə verməməsi üçün ayıldılsın. Böyük İmamın təbiri ilə desək, kimin nə qədər səsi varsa, var gücü ilə Amerikanın başına çığırsın”.

Ayətullah Xamenei son cinayətləri törədənlərlə bağlı veriləcək hökmlərin də fərqli olduğunu deyib: “Cinayət və qətl törədənlər, dağıntılara yol verənlər və ya ticarətçiləri və xalqı avtomobillərini və dükanlarını yandırmaqla hədələyənlər, təbliğatları ilə onları bu işə vadar edənlərin hər biri öz günahları miqdarında cəzalandırılmalıdır”.

“Təbii ki, cəzalar qüdrətli, sağlam və motivasiyalı məhkəmə tərəfindən həyata keçirilməlidir, heç kəsin özbaşına və öz düşüncəsi ilə cəza verməyə haqqı yoxdur”, -deyə Ayətullah Xamenei əlavə edib.

GÜNÜN MANŞETLERİ

Nəcəfdə mövlud- FOTO
DİN / MÖVLUDLAR

Nəcəfdə mövlud- FOTO

1/25/2026 1:00:01 PM
Maddi problemlərin həlli
DİN

Maddi problemlərin həlli

1/25/2026 11:22:10 AM
Qəzzada 10 uşaq soyuqdan can verdi
DÜNYA / İSLAM DÜNYASI

Qəzzada 10 uşaq soyuqdan can verdi

1/25/2026 10:37:50 AM
İmam Səccadın (ə) mövlud günüdür
DİN / MÖVLUDLAR

İmam Səccadın (ə) mövlud günüdür

1/25/2026 9:00:01 AM