Ayətullah Xamenei: Düşmən cəmiyyətdə qütbləşmə yaratmaq istəyir

Ayətullah Xamenei: Düşmən cəmiyyətdə qütbləşmə yaratmaq istəyir
Yayınlanma tarixi: 9.01.2024 15:41:18

İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Qum xalqının 1978-ci il yanvarın 9-da Pəhləvi rejiminə qarşı tarixi qiyamının ildönümündə bu şəhərin müxtəlif təbəqələrini təmsil edən vətəndaşlarla görüşüb.

İslamazeri.com xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Qum xalqının 1978-ci il yanvarın 9-da Pəhləvi rejiminə qarşı tarixi qiyamının ildönümündə bu şəhərin müxtəlif təbəqələrini təmsil edən vətəndaşlarla görüşüb.

İnqilabın Rəhbəri Ayətullah Xamenei Qəzzada baş verən hadisələrə toxunaraq deyib:

"Xalqın böyük bir hadisədə iştirakı və mövqeyi ABŞ və ABŞ-a bağlı İsraili aciz edib".

İnsanları səhnəyə çıxarmağın Ayətullah Xomeyninin strateji siyasəti və insanları səhnədən uzaqlaşdırmaq üçün düşmənin strateji siyasəti olduğunu bildirən Ayətullah Xamenei deyib:

“Seçkilərdə iştirak etməmək düşmənin strateji siyasətidir. Cəmiyyətdə qütbləşmə yaratmaq İran millətinin düşmən və müxaliflərinin məqsədlərindən biridir".

Ayətullah Xamenei daha sonra deyib:

“Sionist rejim üç aydır ki, cinayətlər törədir. Bu cinayətlər tarixdə qalacaq. Allahın izni ilə sionist rejim yer üzündən silindikdən sonra da bu cinayətlər unudulmayacaq. Bir gün yazacaqlar ki, bir qrup bu bölgədə qətllər törədib, bir neçə həftə ərzində minlərlə uşaq və qadını qətlə yetirib.

Bu, unudulmayacaq. Hər kəs anlayacaq ki, o xalqın səbri və Fələstin müqavimətinin qətiyyəti bu rejimi geri çəkilməyə məcbur edib. Əslində, İsrail yüz günə yaxın cinayət törətdikdən sonra heç bir məqsədinə nail ola bilmədi. Məğlubiyyət nə deməkdir? Məğlubiyyətin mənası budur. O, HƏMAS-ı məhv edəcəyini söylədi, lakin uğursuz oldu. Qəzza xalqını köç edəcəklərini söylədi, lakin buna nail ola bilmədilər. O, müqavimətin hərəkətlərini dayandıracağını söylədi, amma bacarmadı".

GÜNÜN MANŞETLERİ