Ayətullah Ramazani Gürcüstanın Dini Agentliyində - FOTO

Ayətullah Ramazani Gürcüstanın Dini Agentliyində - FOTO
Yayınlanma tarixi: 19.01.2023 09:44:14

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadze İran İslam Respublikasının nümayəndə heyəti ilə görüşüb.

İslamazeri.com xəbər verir ki, Ümumdünya Əhlibeyt Assambleyasının baş katibi Ayətullah Rza Ramazani, beynəlxalq məsələlər üzrə sədr müavini Abdolreza Raşid və MDB və Türkiyə bölməsinin rəhbəri Həsən Sadekyani Gürcüstanda səfərdədirlər.

Qonaqlarla yanaşı, agentliyə İran İslam Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mahmud Ədib, səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Əhməd Əli Mehri Ərdəstani, Almustafa Universitetinin nümayəndəsi Həsən Yusifzadə, Səfirliyin Mədəniyyət İdarəsinin əməkdaşı Mehdi Zare də baş çəkiblər.

Agentlik sədri qonaqları Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin fəaliyyəti və həyata keçirilən tədbirlərlə tanış edib. O, islamın gürcü fenomenini, Gürcüstanda şiə və sünni müsəlmanların harmonik və dinc yanaşı yaşamasını vurğulayaraq, onların birlikdə qılınan namazını nümunə kimi göstərib.

Zaza Vaşakmadzenin sözlərinə görə, hər bir fərdin dini azadlığı Gürcüstan dövləti üçün ən mühüm dəyərdir və agentlik dinindən və milliyyətindən asılı olmayaraq istənilən Gürcüstan vətəndaşının bu hüquqdan maneəsiz istifadə edə bilməsi üçün fəal işləyir.

Qonaqlar Dini Qurumlarla İş üzrə Agentlik tərəfindən həyata keçirilən layihələr və Dinlərarası Şuranın fəaliyyəti ilə maraqlanıblar. Qəbul üçün agentliyin sədrinə təşəkkürlərini bildiriblər və Gürcüstanda müxtəlif dinlər arasında mövcud əməkdaşlığın digər ölkələr üçün də nümunə olacağına ümidvar olduqlarını bildiriblər.

FOTO

GÜNÜN MANŞETLERİ