Ayətulah Xamenei: ABŞ tərəfindən həddindən artıq tələbləri qəbul etməyəcəyik

Ayətulah Xamenei: ABŞ tərəfindən həddindən artıq tələbləri qəbul etməyəcəyik
Yayınlanma tarixi: 6/19/2026 11:18:17 AM

Ayətulah Xamenei: ABŞ tərəfindən həddindən artıq tələbləri qəbul etməyəcəyik

İslamazeri.com xəbər verir ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei müharibəyə son qoymaq üçün əldə edilən razılaşma ilə bağlı İran xalqına mesaj göndərib.

Ayətullah Xameneinin mesajında aşağıdakı ifadələr yer alıb:

"Bildiyiniz kimi, İran və ABŞ prezidentləri arasında müqavilə imzalanıb. Müvafiq rəsmilər bu mərhələyə çatmaq üçün vicdanla və məsuliyyət hissi ilə böyük səy göstəriblər. Lakin bu nəticəyə nail olmaq üçün müxtəlif vasitələrə əl atan tərəf çarəsizlikdən hərəkət edən ABŞ prezidenti olub.

Mən əslində fərqli bir fikirdə idim. Lakin Prezident İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri kimi mənə özü və digər şura üzvləri adından İran millətinin və müqavimət cəbhəsinin hüquqlarının qorunacağına söz verdikdən və bunun üçün açıq şəkildə məsuliyyət daşıdıqdan sonra bu prosesin davam etməsinə icazə verdim.

Prezident həmçinin açıq şəkildə bildirib ki, onlar Amerika tərəfindən həddindən artıq tələbləri qəbul etməyəcəklər. Bu andan etibarən biz, yəni siz, şərəfli İran milləti və sizin təvazökar xidmətçiniz, göstərilən şərtlərin yerinə yetirilməsini gözləyəcəyik.

Lakin aydındır ki, gələcək üzbəüz danışıqlar düşmənin fikirlərinin qəbul edilməsi demək olmayacaq."

GÜNÜN MANŞETLERİ

Azərbaycan nefti UCUZLAŞIB
ÖLKƏ / İQTİSADİYYAT

Azərbaycan nefti UCUZLAŞIB

6/19/2026 1:00:57 PM
ABŞ İrana qarşı dəniz blokadasını ləğv edib
DÜNYA / SİYASƏT

ABŞ İrana qarşı dəniz blokadasını ləğv edib

6/19/2026 12:33:47 PM
Livanda yeni qətliam: İsrail kəndləri bombalayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livanda yeni qətliam: İsrail kəndləri bombalayıb

6/19/2026 12:11:09 PM