iyunun 21-də Qazaxıstanın paytaxtı Astanada Türkiyə, Suriya, Rusiya və İran xarici işlər nazirlərinin müavinlərinin görüşəcəyi bildirilib.
İslamazeri..com trthaber-ə istinadən xəbər verir ki, iyunun 21-də Qazaxıstanın paytaxtı Astanada Türkiyə, Suriya, Rusiya və İran xarici işlər nazirlərinin müavinlərinin görüşəcəyi bildirilib.
Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi və ölkənin xarici işlər nazirinin müavini Mixail Boqdanov paytaxt Moskvada jurnalistlərə açıqlamasında Türkiyə, Suriya, İran və Rusiya xarici işlər nazirləri müavinlərinin iyunun 21-də Astanada keçiriləcəyini söyləyərək deyib: “Yol xəritəsi ilə bağlı Rusiyanın layihəsi hazırdır. Bizim vəzifəmiz tərəfdaşlarımızla məsləhətləşmək və bu işi irəli aparmaqdır. Ümid edirəm ki, Astanada danışıqlarda ciddi irəliləyiş əldə ediləcək”.
Xatırladaq ki, Türkiyə, Rusiya, İran və Suriyanın xarici işlər nazirləri 2023-cü il mayın 10-da Moskvada bir araya gəliblər.
Görüşdə Türkiyə-Suriya əlaqələrinin inkişafı üçün yol xəritəsinin hazırlanması qərara alınıb. Yol xəritəsinin hazırlanması və prosesin mərhələli şəkildə davam etdirilməsi üçün xarici işlər nazirləri müavinləri və müvafiq qurumlardan müdafiə və kəşfiyyat nazirlikləri əməkdaşlarının iştirakı ilə 4 nəfərdən ibarət komitə yaradılacaq.