Argentinada Fələstin xalqına dəstək nümayişi keçirilib

Argentinada Fələstin xalqına dəstək nümayişi keçirilib
Yayınlanma tarixi: 2.12.2022 13:20:29

Argentinanın paytaxtı Buenos-Ayresdə “Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü” çərçivəsində dəstək nümayişi keçirilib.

İslamazeri.com xəbər verir ki, Fələstinlə həmrəyliyə çağıran izdiham Buenos-Ayresin mərkəzindəki İsrail səfirliyi yaxınlığında toplaşıb.

Nümayişçilər İsrail əleyhinə şüarlar səsləndirərək, Fələstin xalqı ilə həmrəy olduqlarını vurğulayıblar.

Nümayişdə İsrail əsgərləri tərəfindən öldürülən fələstinlilərin xatirəsi anılıb və İsrail ilə Fələstin arasında su paylaşımında ədalətsizliyə diqqət çəkilib.

Argentina hökumətinin İsrail şirkətləri ilə işləməkdən imtina etməsinə çağırılan nümayişdə “İsrail sionist, faşist dövlət”, Fələstin xalqına qarşı hücumları isə “soyqırım” olaraq qiymətləndirilib.

Qeyd edək ki, 1978-ci ildən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 29 noyabr Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü kimi qeyd olunur.

GÜNÜN MANŞETLERİ

Tarif Şurasına yeni səlahiyyət verilib
ÖLKƏ / SİYASƏT

Tarif Şurasına yeni səlahiyyət verilib

8.02.2023 13:42:16
Suriyada matəm elan edilib
DÜNYA / İSLAM DÜNYASI

Suriyada matəm elan edilib

8.02.2023 12:45:55
Türkiyədə zəlzələ qurbanlarının sayı 7 mini keçdi
REGİON / TÜRKİYƏ

Türkiyədə zəlzələ qurbanlarının sayı 7 mini keçdi

8.02.2023 11:31:51