Araq içmək 5 növ xərçəng riskini artırır

Araq içmək 5 növ xərçəng riskini artırır
Yayınlanma tarixi: 8.01.2023 11:53:03

Alkoqollu içkilər 10-15 il ərzində mütəmadi içildikdə 5 növ xərçəng riskini artırır

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, alkoqollu içkilər 10-15 il ərzində mütəmadi içildikdə 5 növ xərçəng riskini artırır. Bu daha çox kişilərdə rast gəlinir.
Onkoloq həkim Andrey Vorobyev alkoqolun insan DNT-ni dəyişdiyini bildirib.
O qeyd edib ki, alkoqol içildikdən sonra orqanizmdə zərərli maddələrə parçalanır ki, bu da xərçəngin yaranma ehtimalını dəfələrlə artırır.
Həkimin sözlərinə görə, alkoqoılu içkilərdə olan asetaldegid hüceyrələrdə toplanaraq, daxildən dağıdıcı təsir edir. Zədələnmiş hüceyrələr isə artıq bədxassəlidir.
Androloq bildirir ki, belə spirtli içkilər daha çox ağız, boğaz, mədə-bağırsaq, mədəaltı vəz, qaraciyər, süd vəzi xərçənginə səbəb olur.
Onun sözlərinə görə, xüsusən də on ildən artıq həftə ərzində 200 ml-dən artıq spirtli içki içənlərdə bu risk böyükdür.

GÜNÜN MANŞETLERİ