ANAMA Ağdamda baş verən mina partlayışı barədə məlumat yayıb

ANAMA Ağdamda baş verən mina partlayışı barədə məlumat yayıb
Yayınlanma tarixi: 3/16/2023 2:53:14 PM

Bu barədə ANAMA-nın mətbuat xidmətindən bildirilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Ağdamda iki nəfərin həlak olması ilə nəticələnən mina partlayışı barədə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, martın 16-da Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Qadağan olunmuş əraziyə daxil olma nəticəsində baş verən mina partlayışında 1999-cu il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu həlak olub.

“İşğaldan azad edilmiş ərazilərdə Ermənistanın basdırdığı mina sahələrinin miqyası və kütləviliyi, mina terrorunun təzahürüdür.

Unutmayın! Məsuliyyətli və diqqətli davranaraq, baş verə biləcək mina hadisələrindən qorunmuş olarıq! ANAMA bir daha vətəndaşlara müraciət edərək icazəsiz səfərlərdən çəkinməyə çağırır”, məlumatda deyilir.

GÜNÜN MANŞETLERİ

Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

3/17/2026 12:22:04 PM
Füceyra sahillərində BƏƏ-nin neft tankeri vuruldu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Füceyra sahillərində BƏƏ-nin neft tankeri vuruldu

3/17/2026 11:00:01 AM
İran: ABŞ radarlarının 80 faizini məhv etmişik
REGİON / İRAN

İran: ABŞ radarlarının 80 faizini məhv etmişik

3/17/2026 10:45:27 AM