Aİ: Quranı yandırmaq utancverici bir hərəkətdir

Aİ: Quranı yandırmaq utancverici bir hərəkətdir
Yayınlanma tarixi: 1/30/2023 10:33:24 AM

Bueno tvitində Avropada irqçilik, təəssübkeşlik və nifrət təzahürlərinə, o cümlədən müsəlmanlara qarşı nifrətə yer olmadığını vurğulayıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Avropa Birliyinin Yaxın Şərq və Şimali Afrika üzrə sözçüsü Luis Bueno tvitində Qurani-Kərimin yandırılması ilə bağlı reaksiya verib.

O, Avropa Birliyində və dünyada bir çox insanın hiss və inanclarını incidən bu hərəkətin çox utancverici olduğunu vurğulayıb.

Bueno tvitində Avropada irqçilik, təəssübkeşlik və nifrət təzahürlərinə, o cümlədən müsəlmanlara qarşı nifrətə yer olmadığını vurğulayıb.

Ötən şənbə günü İsveçin paytaxtı Stokholmda baş verən Qurani-Kərimin yandırılması aktı dünya müsəlmanlarının qəzəbinə səbəb olub, bir çox ölkədə nümayişlər keçirilib.

Səudiyyə Ərəbistanı, İordaniya, Küveyt, Mərakeş, Qətər, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan da daxil olmaqla bir sıra ərəb ölkələri Quranın yandırılmasını pisləyib.

GÜNÜN MANŞETLERİ

Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA
REGİON / İRAN

Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA

3/21/2026 1:10:59 PM
İran 4000 km məsafədə yerləşən bazaya iki ballistik raketlə zərbə endirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran 4000 km məsafədə yerləşən bazaya iki ballistik raketlə zərbə endirib

3/21/2026 12:20:01 PM
Bu gün Beynəlxalq Novruz günüdür
ÖLKƏ / MÜXTƏLİF

Bu gün Beynəlxalq Novruz günüdür

3/21/2026 11:36:43 AM
Pentaqon İrana qoşun göndərmək üçün hazırlıqlara başlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Pentaqon İrana qoşun göndərmək üçün hazırlıqlara başlayıb

3/21/2026 11:24:16 AM