Aİ Fələstinə 199 milyon avroluq yardım paketi ayırıb

Aİ Fələstinə 199 milyon avroluq yardım paketi ayırıb
Yayınlanma tarixi: 4.02.2023 10:08:19

Avropa İttifaqı (Aİ) Fələstinə 199 milyon avroluq maliyyə yardımı ayırdığını açıqlayıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Aİ-nin Fələstin ofisindən yayılan açıqlamada, Fələstinə yardım paketi ilə əlaqəli işğal altındakı İordan Çayının qərb sahilində yerləşən Ramallah şəhərində mərasim təşkil edildiyi bildirilib. Aİ-nin Fələstin xalqına etdiyi yardımlara toxunulan açıqlamada bildirilib ki, ötən il Fələstinə cəmi 296 milyon avro yardım ayrılıb.

Fələstin son illərdə ərəb dünyası və beynəlxalq ictimaiyyət tərəfindən ona ayrılan yardımların azalması səbəbindən maliyyə problemləri yaşayır.

Fələstinin rəsmi xəbər agentliyi VAFA-nın məlumatına görə Fələstin prezidenti Mahmud Abbas, iki dövlətli həllə siyasi dəstəyi və beynəlxalq toplantılarda Fələstin xalqına verdiyi dəstəyə görə Avropa İttifaqına minnətdarlığını bildirib.

GÜNÜN MANŞETLERİ