Ağcabədi sakinindən avtomat götürülüb

Ağcabədi sakinindən avtomat götürülüb
Yayınlanma tarixi: 1/23/2023 2:06:04 PM

Bu barədə DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən avtomat aşkar edilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "İslamazeri.com"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli rayon sakini Hüseyn Əhmədov saxlanılıb. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı 1 ədəd "AK-74" markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 4 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, keçirilən tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan ov tüfəngləri də aşkar edilərək götürülüb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar aparılır.

GÜNÜN MANŞETLERİ

Abşeronda xeyli silah-sursat aşkarlanıb
ÖLKƏ / HADİSƏ

Abşeronda xeyli silah-sursat aşkarlanıb

7/7/2026 2:00:01 PM
Sabah yağış yağacaq
REGİON / İRAN

Sabah yağış yağacaq

7/7/2026 1:23:37 PM