Afrikada məscidə hücum olunub

Afrikada məscidə hücum olunub
Yayınlanma tarixi: 10/26/2021 2:05:49 PM

Hadisə nəticəsində azı 10 nəfər həyatını itirib.

Nigerin cənub-qərbində yerləşən məscidlərdən birinə hücum olub.

 İslamazeri.com bu barədə "Az.rasthaber.com"-a istinadən xəbər verir.

Məlumata görə, naməlum şəxslər məscidə hücum edərək azı on nəfəri öldürüblər.

Hücum Tillaberi bölgəsində, "üç sərhəd zonası" adlanan ərazidə - Nigerin Mali və Burkina-Faso ilə dövlət sərhədlərinin keçdiyi ərazidə baş verib. Qeyd edək ki, bu bölgə İŞİD və "Əl-Qaidə" terror təşkilatları ilə əlaqəli çoxsaylı qruplar tərəfindən idarə olunur.

Niger Afrikada terrorçu fəaliyyətlər və qanunsuz köç səbəbi ilə ən problemli bölgələrdən sayılır. 2014-cü ildə Fransa burada hərbi əməliyyat həyata keçirib.

FOTO

GÜNÜN MANŞETLERİ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb
REGİON / TÜRKİYƏ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb

4/22/2026 2:22:00 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

4/22/2026 1:04:38 PM