AFFA İcraiyyə Komitəsinin iclası keçirilib

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib
Yayınlanma tarixi: 4/13/2023 12:29:04 PM

Toplantı qurumun inzibati binasında baş tutub.

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.

İslamazeri.com xəbər verir ki, toplantı qurumun inzibati binasında baş tutub.

İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb.

İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib.

Toplantıda İK üzvü Mahir Məmmədov iştirak etməyib. O, "Report"a verdiyi açıqlamada bildirib ki, Tbilisi - Bakı üzrə səhər reysi təxirə salındığı üçün Gürcüstandan gələ bilməyib.

Yekun qərarların yaxın saatlarda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.

GÜNÜN MANŞETLERİ

Beynol Hərəmeyn haqqında İnfoVideo
DİN / MÖVLUDLAR

Beynol Hərəmeyn haqqında İnfoVideo

1/23/2026 2:05:22 PM
İsrailin atəşkəsdən sonra da Qəzzaya hücumları davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin atəşkəsdən sonra da Qəzzaya hücumları davam edir

1/23/2026 1:25:45 PM