ADPU-dan tələbələrə qadağalar qoyulması iddiasına münasibət

ADPU-dan tələbələrə qadağalar qoyulması iddiasına münasibət
Yayınlanma tarixi: 10/26/2022 2:49:27 PM

Sosial şəbəkələrdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbələrinə geyim, makyaj və saqqalla bağlı bəzi qadağaların qoyulması məlumatı yayılıb.

İslamazeri.com xəbər verir ki, göndərilən göstərişdə bildirilib ki, tələbələr bunlara riayət etməsə, müvafiq addımlar atılacaq.

"Rəhbərliyin göstərişi ilə sabahdan universitetə gələrkən oğlan tələbələrimiz üzləri təmiz (təraş olunmuş) formada gəlməlidirlər. Qız tələbələrimiz isə uzun dırnaqları səliqəyə salınmış və açıq olmayan (cırıq, qısa olmayan) sadə geyimlər geyinərək gəlməlidirlər. Bütün tələbələr bu qaydalara ciddi əməl etməlidirlər. Əks halda müvafiq addımlar atılacaq" - deyə qeyd olunub.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin mətbuat xidmətindən bildirilib ki, rəhbərliyin belə bir göstərişi olmayıb və yayılan məlumat həqiqəti əks etdirmir:

"Məsələdən xəbərdarıq. Hazırda bununla bağlı araşdırma aparılır və bunun kim tərəfindən göndərildiyi müəyyənləşdirilir".

GÜNÜN MANŞETLERİ

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI

3/26/2026 3:28:44 PM
Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ

3/26/2026 3:10:01 PM
Ağdamda mina partlayıb, xəsarət alan var
ÖLKƏ / HADİSƏ

Ağdamda mina partlayıb, xəsarət alan var

3/26/2026 2:52:17 PM