ABŞ: Ukraynaya Rusiya torpaqlarında istifadə etmək üçün silah verməmişik

ABŞ: Ukraynaya Rusiya torpaqlarında istifadə etmək üçün silah verməmişik
Yayınlanma tarixi: 7.12.2022 17:25:47

Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya öz sərhədlərindən kənarda hücumlar törətməsi üçün dəstək vermədiyini və təşviq etmədiyini bildirib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi gündəlik mətbuat konfransında Ukrayna ordusunun Rusiyanın qərbindəki aviabazaya etdiyi hücum ilə bağlı sualı cavablandırıb.

Ned Prays  bildirib ki, ABŞ və dünya Ukraynanı yalnız öz ərazisini ilə suverenliyini qoruması və Rusiyaya qarşı özünü müdafiə etməsi üçün silah dəstəyi verdiyini bildirib.

“Biz silahları öz torpaqlarını müdafiə etməsi üçün verdiyimizi açıq şəkildə bildirdik. Prezident də bunu daha əvvəl açıqlayıb. Biz Ukraynanın hüdudlarından kənarda hücumlar həyata keçirməsini dəstəkləmirik'',-deyə Ned Prays vurğulayıb.
Ukraynanın son vaxtlar Rusiyanın qərbindəki üç hava bazasını pilotsuz uçuş aparatları ilə hədəf aldığı bildirilmişdi.

GÜNÜN MANŞETLERİ

Ailədə gözəl əxlaq
DİN

Ailədə gözəl əxlaq

3.02.2023 18:03:51
Son sutkadakı yoluxma sayı açıqlanıb
ÖLKƏ / SƏHİYYƏ

Son sutkadakı yoluxma sayı açıqlanıb

3.02.2023 17:47:06
Kərbəladan gözəl görüntülər - FOTO
DÜNYA / İSLAM DÜNYASI

Kərbəladan gözəl görüntülər - FOTO

3.02.2023 16:05:58
Tarif Şurasının səlahiyyətləri artırılıb
ÖLKƏ / SİYASƏT

Tarif Şurasının səlahiyyətləri artırılıb

3.02.2023 14:28:43