ABŞ Suriyanın Rakka bölgəsində yeni hərbi baza yaratmağa çalışır

ABŞ Suriyanın Rakka bölgəsində yeni hərbi baza yaratmağa çalışır
Yayınlanma tarixi: 12/16/2022 1:46:11 PM

Suriya İnsan Haqları Müşahidə Qrupu ABŞ qüvvələrinin Rakka bölgəsində daha əvvəl boşaldılmış yeni hərbi baza yaratmağa çalışdığını bildirib.

İslamazeri.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Suriya İnsan Haqları Müşahidə Qrupu ABŞ qüvvələrinin üç ildən sonra Suriyanın Rakka bölgəsində yeni hərbi baza yaratmağa çalışdığını açıqlayıb.

Suriyada ABŞ-ın rəhbərlik etdiyi “İŞİD-ə qarşı” adlandırılan beynəlxalq koalisiya qüvvələrinin 2019-cu ilin dekabrında verdiyi açıqlamada koalisiya əsgərlərinin Rakka və Tabka şəhərlərini və Lafarq Sement Zavodunu boşaltdığı bildirilib.

İŞİD terror təşkilatı 2013-cü ildə Rakkanı ələ keçirib və şəhəri paytaxt elan edib. 2017-ci ilin oktyabrında Beynəlxalq Koalisiyanın köməyi ilə SDQ Rakkanı İŞİD-dən aldı.

Suriya lideri Bəşər Əsəd ABŞ-ın ölkə ərazisindəki hərəkətlərini “dövlət quldurluğu” kimi qiymətləndirib.

GÜNÜN MANŞETLERİ

Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb
DÜNYA / SİYASƏT

Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb

2/14/2026 11:14:01 AM
Yol polisi sürücülərə xəbərdarlıq edib
ÖLKƏ / MÜXTƏLİF

Yol polisi sürücülərə xəbərdarlıq edib

2/14/2026 10:34:50 AM