"Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması məsələsi Ər-Riyad rəsmilərinin iddia etdiyi kimi Fələstin məsələsi ilə bağlı deyil".
Barışıq danışıqlarında ABŞ-ın keçmiş nümayəndəsi Martin İndik təsdiqləyib ki, Səudiyyə Ərəbistanı ABŞ-ın təhlükəsizlik zəmanəti ilə bağlı şərtlər daxilində İsrail rejimi ilə münasibətləri normallaşdırmağa hazırdır.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Martin İndik bəyan edib ki, Səudiyyə Ərəbistanı Fələstin məsələsi ilə bağlı olmayan təminatlar müqabilində sionist rejimlə münasibətləri normallaşdırmaq istəyir.
Martin İndik bu açıqlamanı genişləndirərək bildirib:
“Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması məsələsi Ər-Riyad rəsmilərinin iddia etdiyi kimi Fələstin məsələsi ilə bağlı deyil. Daha doğrusu, söhbət ABŞ-ın Səudiyyə Ərəbistanına qarşı təhlükəsizlik səviyyəsində ata biləcəyi addımlardan gedir.
Səudiyyəlilər gözləyirlər ki, İsrail Vaşinqtonu Səudiyyə Ərəbistanının tələblərini yerinə yetirməyə razı salmağa kömək edə bilər və bu ox Ər-Riyad və Təl-Əviv arasında münasibətlərin normallaşmasının əsas amilidir".
Amerikanın "Foreign Policy" jurnalı yazıb ki, sionist rejimin baş naziri Benyamin Netanyahu ABŞ-ın Səudiyyə Ərəbistanını silah satışı ilə dəstəkləməklə Tel-Əvivlə münasibətləri normallaşdırmağa sövq edə biləcəyinə inanır.