ABŞ Ənbarda Həşdi-Şabiyə hava zərbələri endirib

ABŞ Ənbarda Həşdi-Şabiyə hava zərbələri endirib
Yayınlanma tarixi: 3/24/2026 1:29:17 PM

ABŞ Ənbarda Həşdi-Şabiyə hava zərbələri endirib.

İslamazeri.com xəbər verir ki, Həşdi-Şabi İraqın Ənbar əyalətinin əl-Həbbaniyyə bölgəsindəki qərargahının ABŞ hava hücumuna məruz qaldığını açıqladı. Təşkilat bu məlumatı rəsmi saytında dərc edilən açıqlamada yayımlayıb.

Eyni açıqlamada, Həşdi-Şabi əməliyyat komandiri Səad Duvey əl-Buayci və bir neçə digər üzvünün hücumda öldürüldüyünü bildirib. Bəyanatda itkilərlə bağlı detalların hələlik məlum olmadığı əlavə edilib.

Media mənbələri müxtəlif sayda itki olduğunu bildirib. Sputnik 20-dən çox insanın öldüyünü və yaralandığını bildirib. Reuters bir komandir də daxil olmaqla altı nəfərin öldüyünü qeyd edib.

Həşdi-Şabi ayrı bir açıqlamada, ABŞ və İsrailin Babil əyalətinin Curf əl-Nasr bölgəsindəki başqa bir qərargahı da hədəf aldığını bildirib. Bəyanatda qeyd olunur ki, bu hücumda 47-ci briqadanın iki üzvü yaralanıb.

Daha əvvəl Babil və Ramadi əyalətlərində Həşdi-Şabi mövqelərinə hücumlar barədə məlumatlar yayılmışdı.

GÜNÜN MANŞETLERİ