İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, İran ilə ABŞ arasında nüvə danışıqları cümə günü Omanın paytaxtı Maskatda keçiriləcək.
İslamazeri.com-un xəbərinə görə, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi şəxsi sosial şəbəkə hesabında verdiyi açıqlamada bildirib ki, danışıqlar cümə günü Omanın paytaxtı Maskatda keçiriləcək.
Seyid Abbas Əraqçi qeyd edib ki, İranla ABŞ arasında nüvə danışıqları cümə günü yerli vaxtla səhər saat 10:00 radələrində Maskatda baş tutacaq.
İraqçi bütün zəruri təşkilati məsələlərin təmin edilməsinə görə Oman tərəfinə təşəkkürünü ifadə edərək, “Omanlı qardaşlara bütün lazımi hazırlıqları gördükləri üçün minnətdaram,” – deyə vurğulayıb.
