ABŞ-ın Suriyadakı hərbi bazasına raket zərbəsi endirilib

ABŞ-ın Suriyadakı hərbi bazasına raket zərbəsi endirilib
Yayınlanma tarixi: 11/18/2022 2:05:13 PM

Suriyanın şərqində Deyr əz-Zor şəhərində Amerika qüvvələrinin yerləşdiyi hərbi bazaya raket zərbəsi endirilib.

İslamazeri.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Deyr əz-Zordakı Ömər neft yatağında yerləşən "Yaşıl Kənd" adlı bazaya hücum edildiyini təsdiqləyib.

CENTCOM-un verdiyi yazılı açıqlamada hücumun harada baş verdiyi ilə bağlı məlumat verilməyib, hücumda ölən və yaralananların olmadığı qeyd edilib.

Qeyd edək ki, sözügedən baza ABŞ və Beynəlxalq Koalisiyanın Suriyadakı ən böyük bazası hesab olunur.

GÜNÜN MANŞETLERİ

Reuters: ABŞ İranla müharibəyə hazırlaşır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Reuters: ABŞ İranla müharibəyə hazırlaşır

2/14/2026 11:08:01 PM
İnquşetiyada Ramazan ayına görə iş vaxtı azaldıldı
REGİON / RUSİYA

İnquşetiyada Ramazan ayına görə iş vaxtı azaldıldı

2/14/2026 10:14:11 PM