ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə tutulub

ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə tutulub
Yayınlanma tarixi: 11/26/2022 10:58:16 AM

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) axşam saatlarında Suriyanın şimal-şərqindəki Həsəkə əyalətindəki bazasında yerləşən koalisiya qüvvələrinə raket zərbəsi endirdiyini açıqlayıb.

İslamazeri.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, CENTCOM-dan verilən yazılı açıqlamada, yerli vaxtla saat 22:30-da Həsəkə əyalətində Amerika əsgərlərinin yerləşdiyi bazaya iki raketin atıldığı bildirilib.

Açıqlamada, hücumda ABŞ və ya koalisiya əsgərlərinin zərər görmədiyi bildirilib.

Bildirilib ki, ötən günlərdə də ABŞ-ın Deyr əz-Zordakı bazasına silahlı pilotsuz uçuş aparatı hücumu həyata keçirilib.

GÜNÜN MANŞETLERİ

Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb
DÜNYA / SİYASƏT

Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb

2/14/2026 11:14:01 AM
Yol polisi sürücülərə xəbərdarlıq edib
ÖLKƏ / MÜXTƏLİF

Yol polisi sürücülərə xəbərdarlıq edib

2/14/2026 10:34:50 AM