ABŞ Hərbi Dəniz Qüvvələrinin komandiri Ərəbistan dənizində öldü

ABŞ Hərbi Dəniz Qüvvələrinin komandiri Ərəbistan dənizində öldü
Yayınlanma tarixi: 7/8/2026 11:17:13 AM

ABŞ Hərbi Dəniz Qüvvələrinin komandiri Ərəbistan dənizində həlak olub.

İslamazeri.com xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri HSC-5 "Nightdippers" helikopter eskadrilyasının komandiri Qabriel Edvardsın Ərəbistan dənizində MH-60S Seahawk helikopterinin iştirakı ilə baş verən "qəzada" həlak olduğunu açıqladı.

Vertolyotun 1 iyulda missiya zamanı qəzaya uğradığı və dənizdə təcili eniş etməyə məcbur edildiyi bildirilir.

Üç heyət üzvü xilas edilib, lakin Edvards itkin düşüb. Çoxsaylı hərbi gəmilər, təyyarələr və helikopterlərin iştirakı ilə aparılan axtarış-xilasetmə əməliyyatları təxminən 14.000 kvadrat mil ərazini əhatə edib və Edvards tapılmadan 5 iyulda başa çatana qədər 102 saatdan çox davam edib.

GÜNÜN MANŞETLERİ