ABŞ-də sorğu: Amerikalılar Trampın İran siyasətini uğursuz hesab edir.
İslamazeri.com xəbər verir ki, ABŞ-da keçirilən yeni rəy sorğusu amerikalıların ölkədaxili iqtisadi çətinlikləri və inflyasiyanı xarici siyasətdən daha vacib məsələ hesab etdiyini göstərib. Marquette Universiteti Hüquq Məktəbinin (Marquette Law School) təqdim etdiyi son məlumatlara əsasən, respondentlərin böyük əksəriyyəti Prezident Donald Trampın İranla münaqişədə qarşısına qoyduğu məqsədlərə çatmadığı qənaətindədir.
35 faiz amerikalı yaşayış xərcləri və inflyasiyanı ölkənin hazırkı ən mühüm problemi kimi qiymətləndirib. İqtisadiyyat 15 faizlə ikinci, İranla müharibə isə 10 faizlə üçüncü sırada qərarlaşıb. Bu, son üç ayda İran mövzusunun topladığı ən aşağı göstəricidir. Digər bütün sosial və siyasi məsələlər reliesdə 10 faizdən az səs toplayıb.
İranla münaqişənin beşinci ayında ictimaiyyətin narazılığı daha da artıb. Sorğuda iştirak edənlərin 75 faizi müharibənin əsassız xərc hesab edib.
Həmçinin respondentlərin 88 faizi ABŞ-ın İranla müharibədə öz məqsədlərinə nail ola bilmədiyini qeyd edib.
Qeyd edək ki, sözügedən sorğu 22-29 iyul tarixlərində 1 076 nəfərin iştirakı ilə keçirilib.