ABŞ-da Türk Evinə hücum edən şəxs saxlanılıb

ABŞ-da Türk Evinə hücum edən şəxs saxlanılıb
Yayınlanma tarixi: 27.05.2023 11:37:13

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərindəki Türk Evinə edilən hücumda şübhəli bilinən şəxs ABŞ polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

İslamazeri.com xəbər verir ki, Türkiyənin BMT-dəki daimi nümayəndəliyi və Nyu-Yorkdakı baş konsulluğunun yerləşdiyi Türk Evinə ötən həftə hücum edilib.

Türkiye orqanlarının başlatdığı araşdırma nəticəsində şübhəlinin kimliyi müəyyən edilib.

Hücumda daha əvvəl Türkiyədə sağlamlığa zərər vurma, hədələmə və narkotik saxlama maddələri ilə məhkum olunmuş Rəcəb Akbıyıkın iştirak etdiyi müəyyən edilib.
Türkiye orqanları məlumatı Nyu York Polis Departamentinə çatdırıb.

ABŞ polisinin keçirdiyi əməliyyat nəticəsində şübhəli Rəcəb Akbıyık saxlanılıb.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55