67 ölkənin vətəndaşı Azərbaycandan çıxarılıb - SƏBƏB

67 ölkənin vətəndaşı Azərbaycandan çıxarılıb - SƏBƏB
Yayınlanma tarixi: 1/26/2026 4:28:45 PM

Azərbaycandan 2025-ci il ərzində inzibati qaydada 67 ölkənin vətəndaşının kənara çıxarılması ilə bağlı qərar qəbul edilib.

İslamazeri.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılma qərarlarının qəbul edilməsinin səbəbi əsasən ölkə ərazisində olma və yaşama qaydalarının pozulması olub.

Məlumatda o da qeyd olunub ki, qərar qəbul edilərkən əcnəbilərin Azərbaycan ilə hüquqi bağlılığı, törədilmiş xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

GÜNÜN MANŞETLERİ

İstiğfar namazı
DİN

İstiğfar namazı

1/26/2026 3:15:19 PM
Suriyada atəşkəs rejiminin müddəti uzadılıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Suriyada atəşkəs rejiminin müddəti uzadılıb

1/26/2026 2:10:01 PM
Yəmən Britaniya gəmisinin vurulma detallarını açıqlayacaq - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Yəmən Britaniya gəmisinin vurulma detallarını açıqlayacaq - VİDEO

1/26/2026 1:20:01 PM
İsrail bu səhər Livanı bombaladı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail bu səhər Livanı bombaladı

1/26/2026 1:04:24 PM