3 şəhərdə böyük vida mərasimi: Şəhid Xameneinin dəfn planı açıqlanıb

3 şəhərdə böyük vida mərasimi: Şəhid Xameneinin dəfn planı açıqlanıb
Yayınlanma tarixi: 6/13/2026 3:23:05 PM

3 şəhərdə böyük vida mərasimi: Şəhid Xameneinin dəfn planı açıqlanıb.

İslamazeri.com xəbər verir ki, 28 Fevralda ABŞ və İsrail tərəfindən həyata keçirilən terror hücumu nəticəsində şəhid olan Ayətullah Seyyid Əli Xameneinin dəfn mərasimi proqramı açıqlanıb.

Şəhid Ayətullah Xamenei və İnqilab rəhbərliyi ailəsinin şəhidlərinin yola salınması, cənazə namazı və dəfn mərasimlərinin təşkili üçün yaradılan ali şuranın 3 nömrəli bülleteni yayımlanıb.

Bülletenə görə, Məhərrəm ayının müxtəlif günlərinə təsadüf edən tarixlərdə Tehran, Qum və Məşhəd şəhərlərində cənazə və yola salma mərasimləri keçiriləcək.

Şəhid Ayətullah Xameneinin dəfn proqramı belədir:

  • 4 iyul 2025, şənbə və 5 iyul 2025, bazar günləri — Məhərrəm ayının 19 və 20-ci günlərinə təsadüf edən proqram çərçivəsində Tehranda İmam Xomeyni (r.ə) Musallasında vida mərasimi keçiriləcək.

  • 6 iyul 2025, bazar ertəsi — Məhərrəm ayının 21-ci günü Tehranda cənazə mərasimi təşkil olunacaq.

  • 7 iyul 2025, çərşənbə axşamı — Məhərrəm ayının 22-ci gününə təsadüf edən tarixdə Qum şəhərində yola salma mərasimi keçiriləcək.

  • 9 iyul 2025, cümə axşamı — Məhərrəm ayının 24-cü günü və İmam Səccadın (ə) şəhadət gecəsində müqəddəs Məşhəd şəhərində cənazə mərasimi keçiriləcək və şəhid Ayətullah Xameneinin cənazəsi İmam Rzanın (ə) müqəddəs türbəsində dəfn olunacaq.

Bülletendə şəhid Ayətullah Xameneinin dəfn mərasimlərinə geniş ictimai iştirak çağırışı da edilib.

GÜNÜN MANŞETLERİ